Əsas məzmuna keç

Oqtay Əliyevin ölüm səbəbi AÇIQLANDI

Oqtay Əliyevin ölüm səbəbi AÇIQLANDI

Oqtay Əliyevin ölüm səbəbi açıqlandı: avtomobili özü idarə edirmiş. DYP-dən rəsmi məlumat.

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Əliyevin ölüm səbəbi açıqlandı.

Baş Dövlət İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib ki, hadisə zamanı avtomobili O. idarə edirmiş:

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…