Operativ Məlumat Mərkəzi

"OPEK+" ölkələri Liviyadakı hadisələr fonunda hasilatı kəskin azaldıb

1 dəq
Paylaş:
"OPEK+" ölkələri Liviyadakı hadisələr fonunda hasilatı kəskin azaldıb
“Vedomosti” bu mövzu haqqında "S&P Global Commodity Insights"ın araşdırma məlumatlarına əsaslanaraq yazıb. Bu əhəmiyyətli azalma son altı ayda maksimum...

"OPEK+" sazişində iştirak edən ölkələrin 2024-cü ilin yanvar ayında orta gündəlik neft hasilatı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 340 min barel azalaraq sutkada 41,2 milyon barelə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Vedomosti” bu mövzu haqqında "S&P Global Commodity Insights"ın araşdırma məlumatlarına əsaslanaraq yazıb.

Bu əhəmiyyətli azalma son altı ayda maksimum azalma olub.

Sənəddə bunun bəzi "OPEK+" ölkələrinin könüllü olaraq hasilatı azaltdığı və Liviyada etirazların olduğu bir vaxtda baş verdiyi bildirilir. Liviyadakı etirazlara görə hasilat gündəlik 120 min barel azalıb.

Azalmanın böyük hissəsi "OPEK"in 12 ölkəsində (gündə 310 min barel) baş verib.

Kartelə daxil olmayan qalan "OPEK+" üzvləri hasilatı gündə cəmi 30 min barel azaldıblar.

Azalmaya baxmayaraq, 18 "OPEK+" ölkəsinin ümumi hasilat həcmi gündəlik 275 min barel həddini keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər