BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) impuls yaratmaq və dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk WUF13 çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: Plan nədir?” adlı dialoq sessiyasına videomüraciətində deyib.
“Bütün dövlətlər, yerli hakimiyyət orqanları insan hüquqlarına hörmət edərək bunları etməlidirlər. Mənzil təminatı siyasətləri daha dayanıqlı və daha inklüziv cəmiyyətlər üçün çalışmalıdırlar. İnsanların qərarvermə prosesində iştirakı təmin edilməlidir. Çünki insan hüquqları bir lüks deyil. İnsanlar hər şeydən qorunmalıdırlar. İqlim böhranı artdığı üçün biz infrastrukturları buna uyğun qurmalıyıq. Biz, həmçinin infrastrukturlar üçün lazımi maliyyə strukturlarını yaratmalıyıq. Siyasi iradə, bir yerdə işləmək istəyi hər yerdə insanlar üçün həll yolları tapmağa kömək edə bilər”, - deyə o əlavə edib.