Onların mülki odlu silah əldə etmək hüququ təsdiqləndi

Onların mülki odlu silah əldə etmək hüququ təsdiqləndi
19.03.2025 17:42
Aa
dəq

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Xidməti və mülki silah haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (mülki silah əldə etmək hüququ var.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.

Həftənin ən çox oxunanları