On il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayır

On il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayır
18.07.2023 16:39
Aa
dəq

On il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2013-cü il aprelin 1-də Rusiyanın Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Abdulov Ravil Amiroviçin öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Azərbaycan vətəndaşı Kazımov Nazim Məhəmməd oğlu tərəfindən törədilməsi və sonuncunun Azərbaycan ərazisində olması müəyyən edildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğu vasitəsilə Goranboy Rayon Prokurorluğuna göndərilib.

İstintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu