Əsas məzmuna keç

Omskın iş adamları Bakıya səfər edəcək

Omskın iş adamları Bakıya səfər edəcək

Bu ilin iyun ayında Rusiyanın vilayətinin iş adamlarının Azərbaycana səfəri təşkil olunacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Omsk mətbuatına istinadən xəbər verir.

3-5 iyun tarixlərində baş tutacaq səfəri Omsk meriyası vilayətin Ticarət-Sənaye Palatası və Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birgə təşkil edir.

Səfər çərçivəsində ASK-da görüşlərin keçirilməsi, Omsk və iş adamlarının fəaliyyət sahələri və maraqları nəzərə alınmaqla danışıqların aparılması, həmçinin Bakının iri müəssisələrinə səfərlər planlaşdırılır.

Bundan başqa, missiyanın proqramına 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak da daxildir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…