Əsas məzmuna keç

Ombudsman Kəlbəcərdə hərbçilərin minaya düşməsi ilə bağlı məlumat yayıb

Ombudsman Kəlbəcərdə hərbçilərin minaya düşməsi ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Azərbaycan hərbçilərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Azərbaycan hərbçilərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.

" tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir.

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.

İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…