Ombudsman Davit Babayanla görüşüb

Ombudsman Davit Babayanla görüşüb
06.10.2023 16:34
Aa
dəq

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həbs edilmiş şəxslərin hüquqlarının təmin olunma vəziyyətini monitorinq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Azərbaycan qanunvericiliyinin, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələbləri əsasında keçirililmiş başçəkmə çərçivəsində təqsirləndirilən şəxs Babayan Davit Klimoviç də konfidensial qaydada qəbul edilib.

Oktyabrın 3-də keçirilən başçəkmə zamanı Babayan Davit Klimoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və rəftar məsələləri, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunma vəziyyəti araşdırılıb. Müraciətləri Ombudsman S.Əliyeva tərəfindən yerində cavablandırılıb. Şəxsi istifadə üçün eynəklə, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub.

D.Babayan saxlanma şəraitindən şikayət etməyib, müəssisəyə daxil olduğu zaman tibbi müayinədən keçdiyini qeyd edib. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunub.

Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmana müraciət imkanını izah edən nəşrlər də təqdim edilib.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu