Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3,439 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2,665 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 769 milyon manatı POS-terminallar, 4,2 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib.
Mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51,4 faizini təşkil edib.