Oktyabrın 7-dən bu yana Qəzza zolağında ən azı 300 tibb işçisi həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Qəzza zolağının Səhiyyə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, bu müddət ərzində Zolaqdakı 138 tibb müəssisəsi İsrail Müdafiə Qüvvələrinin atəşinə məruz qalıb, 102 təcili yardım maşını məhv edilib.