"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsuliyyət zonasının qərb sərhədləri boyunca NATO qüvvələrinin fəal şəkildə artırıldığını müşahidə edir və alyansın hərbi fəaliyyətini yaxından izləyir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri KTMT-nin Daimi Şurasının hazırkı sədri Viktor Vasilyev deyib.
Vasilyev qeyd edib ki, xüsusilə Baltikyanı ölkələrdə NATO-nun hərbi mövcudluğunun gücləndirilməsi diqqətlə izlənilir.
“Qərb sərhədlərimizdə, ilk növbədə Baltikyanı ölkələrdə NATO qüvvələrinin aktiv şəkildə artırıldığını görürük. Xüsusi hərbi əməliyyat və NATO ölkələrinin sərhədlər yaxınlığında keçirdiyi manevrlər mövzusuna toxunmuram, lakin bu fəaliyyətlər, təbii ki, bizim ciddi nəzarət predmetimizdir”, - o bildirib.