Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş islam ölkələri arasında əməkdaşlığın, həmrəyliyin gücləndirilməsinin vacib olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) IV Beynəlxalq Liseylər Sammitində çıxışı zamanı islam dünyasını birgə daha yuxarı zirvələrə aparılmasını zəruri sayıb:
"Bunun üçün hər birimiz çalışmalıyıq. Həmçinin BMT-nin də yenidən formalaşdırılmasına ehtiyac var”.
N.Kurtulmuş vurğulayıb ki, indi dünyanın ən müxtəlif yerlərində haqsızlıq hökm sürür: “Belə bir şəraitdə irəli getmək mümkün deyil. Daha ədalətli dünyanın qurulması üçün hər birimizin üzərinə məsuliyyət düşür. Dünyadakı 200 ölkənin hər biri suveren və bərabərhüquqlu olmalıdır. Bunun üçün çalışmalıyıq”.