Əsas məzmuna keç

Novruz bayramının ilk çərşənbəsi fevralın 27-də olacaq

Novruz bayramının ilk çərşənbəsi fevralın 27-də olacaq

Azərbaycanda Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq. Bu barədə “Report”a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika...

Azərbaycanda Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq.

Bu barədə “Report”a Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu çərşənbəsi isə martın 19-da olacaq.

Xatırladaq ki, martın 20-si saat 07:06:21-də Azərbaycanda Yaz başlayır. Həmin vaxt gecə ilə gündüz bərabərləşir və düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…