Əsas məzmuna keç

Növbəti tibbi yardım briqadası Xankəndinə yola salınıb

Növbəti tibbi yardım briqadası Xankəndinə yola salınıb

bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir. Təcili...

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınır.

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…