Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nikol Paşinyan: Sülh siyasəti davam etdikcə müharibə olmayacaq

2 dəq
Paylaş:
Nikol Paşinyan: Sülh siyasəti davam etdikcə müharibə olmayacaq

Nikol Paşinyan ölkənin sülh yönümlü siyasətini ardıcıl şəkildə davam etdirdiyi müddətdə müharibə riskinin olmayacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan bu fikirləri mətbuat brifinqi zamanı səsləndirib. O, Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə konstitusiya çoxluğunu əldə edə bilməməsi halında sentyabr ayında “fəlakətli müharibə” başlaya biləcəyi ilə bağlı seçkiöncəsi iddialara münasibət bildirib.

qeyd edib: “Dinc siyasətimizi ardıcıl şəkildə davam etdirdiyimiz və bütün mümkün vasitələrlə ona xidmət etdiyimiz müddətdə müharibə olmayacaq, sülh olacaq”.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən seçkilərinin ilkin nəticələrinə əsasən, parlamentə üç siyasi qüvvənin daxil olacağı gözlənilir. Vətəndaş Müqaviləsi Partiyası 727 min 827 səs (49,825%) toplayaraq parlamentdə çoxluq əldə edib və hökuməti formalaşdırmaq hüququ qazanıb.

Güclü bloku 340 min 88 səs (23,281%), Ermənistan bloku isə 145 min 113 səs (9,934%) toplayıb.

Çiçəklənən Ermənistan Partiyası isə 4 faizlik baryeri çox cüzi fərqlə keçə bilməyib və 3,996 faiz səs toplayıb. Partiya parlamentə düşmək üçün 0,004 faiz geridə qalıb.

Bildirilir ki, hazırda bəzi seçki məntəqələrində səslərin yenidən sayılması prosesi davam edir və yekun nəticələrin iyunun 14-də açıqlanması gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax