Əsas məzmuna keç

NİİM sürücülərə müraciət edib - 04.12.2024

NİİM sürücülərə müraciət edib - 04.12.2024

"Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur". Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə...

"Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.

Qeyd olunub ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır: "Xüsusilə də vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir".

NİİM sürücülərin maariflənməsi məqsədilə Aeroport şosesində qeydə alınan hadisənin videogörüntüsünü təqdim edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…