Nigeriyada bir neçə həftədir davam edən daşqınlar 170-dən çox insanın ölümünə, 200 mindən çox insanın isə məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin nümayəndəsi Manzo Ezekiel məlumat verib.
Qeyd edilib ki, daşqınlardan ən çox Nigeriyanın şimal bölgələri zərər çəkib.
Güclü yağıntılar və iki ən böyük çayın - Niger və Benue çaylarının səviyyəsinin qalxması səbəbindən ölkənin digər bölgələrini də ciddi təhlükə gözləyir.
Su təchizatının çirklənməsi səbəbindən vəba xəstəliyinin yayılması riski var.