İsrailin Baş naziri Binyamin Netanyahu ölkə parlamentinin yaradılmasının 77-ci ildönümü münasibətilə keçirilən tədbirdə mühüm bəyanatlarla çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir çıxışı zamanı xüsusilə İran ilə yaşanan gərginliyə toxunaraq, regionda vəziyyətin mürəkkəb olaraq qaldığını vurğulayıb.
Netanyahu İsrailin hər cür ssenariyə və hərbi inkişafa hazır olduğunu qeyd edərək bildirib:
“Biz hər cür inkişafa qarşı ayıq-sayıq və hazırlıqlıyıq. Bizə hücum etmək cəsarətində olan hər kəs dözülməz nəticələrlə üzləşəcək."
Baş nazir qarşıda hələ bir çox çətinliklərin və sınaqların olduğunu qeyd edərək, ölkəsinin təhlükəsizlik maraqlarını qorumaqda qərarlı olduqlarını diqqətə çatdırıb.