"Nestle" şirkətinin səhmləri uşaq süd qarışıqlarının bir neçə partiyasında zərərli bakteriyaların aşkarlanması ilə bağlı qalmaqal fonunda son səkkiz ilin ən aşağı səviyyəsinə düşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki,bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə qeydə alınmış pik göstərici ilə müqayisədə şirkətin səhmlərinin dəyəri 38% azalıb.
Eyni zamanda, "Nestle"nin əsas rəqibləri olan Danone və Unilever şirkətlərinin səhmləri müvafiq olaraq 32% və 28% artıb.
Qeyd olunub ki, qalmaqal şirkətin satışlarının davamlı azalması və istehsal xərclərinin artması fonunda vəziyyəti daha da ağırlaşdırıb. Xüsusilə, Putina, Nespresso və KitKat brendləri altında istehsal olunan məhsullar üzrə mənfi göstəricilər qeydə alınıb.
Bundan əvvəl "Nestle" 25 ölkədə, o cümlədən SMA, BEBA və NAN markalı uşaq qidalarının bir neçə partiyasını mümkün zərərli bakteriya və ürəkbulanma, qusma yaradan toksinin mövcudluğu səbəbilə geri çağırdığını elan edib.
Bununla belə, "Nestle" şirkəti geri çağırılan məhsullarla bağlı hər hansı yoluxma və ya simptom halının təsdiqlənmədiyini bildirib.