Pirotexniki vasitələrin satışının qarşısı alınıb

Pirotexniki vasitələrin satışının qarşısı alınıb
31.12.2023 14:00
Aa
dəq

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin sosial şəbəkələrdə onlayn satışı ilə məşğul olan 1999-cu il təvəllüdlü İsmayıl İsmayıllı saxlanılıb. Onun maşınına baxış zamanı ümumi dəyəri 30 min manata yaxın yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib. İ.İsmayıllının pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Həmin şəxs barəsində toplanmış material müvafiq tədbir görülməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, son bir neçə gün ərzində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan ümumilikdə 4 nəfər müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu