Əsas məzmuna keç

Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi

Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi

Samir Nuriyev 95 yaşlı ədibi ziyarət edərək İlham Əliyevin sərəncamı ilə verilən ali dövlət təltifini çatdırdı. Mehriban Əliyevanın təbrikləri və maraqlı detallar...

en ru

Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına əsasən, Xalq şairi Həsənzadəni evində ziyarət edib və ona ali dövlət mükafatı olan "" ordenini təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Samir Nuriyev şairin 95 illik yubileyi münasibətilə İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını, eləcə də səmimi təbriklərini çatdırıb.

Görüş zamanı Nəriman Həsənzadənin ədəbiyyatına verdiyi töhfələr və milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı mədəniyyətin zənginləşməsinə xidmət etməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır.

Xalq şairi göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib. O, mədəni irsimizin qorunmasına və incəsənət xadimlərinə göstərilən dövlət dəstəyini yüksək qiymətləndirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 18 fevral tarixli sərəncamı ilə Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə mədəniyyətin inkişafındakı xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…