ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Donald Tramp" özünün sosial media hesabında paylaşım edib.
Tramp paylaşımında Hürmüz boğazına nəzarətin hazırda ABŞ-nin əlində olduğunu bildirərək, onun adının dəyişdirilməsi məsələsini gündəmə gətirib.
ABŞ Prezidenti “Hörmüz boğazının nəzarəti artıq ABŞ-dədir, bəlkə adını ”Tramp boğazı" qoyaq?" deyə sual ünvanlayıb.
O, bölgənin gələcəyi ilə bağlı fikirlərini bölüşərkən, "Tıpkı Amerikanın özü kimi, bura da hər zamankından daha 'qızğın' olacaq" ifadəsini işlədib.
Sonda Tramp mövzuya göstərilən marağa görə izləyicilərinə təşəkkür edib.
Qeyd edək ki, onun bu açıqlaması sosial şəbəkələrdə və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.