“Neftçi” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına əsasən, paytaxt təmsilçisi sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlayıb. Futbolçu yeni komandasında 3 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan R. Abbasov 2021/2022 mövsümündə əsas komandaya cəlb olunaraq 2 rəsmi oyunda iştirak edib. Son iki mövsümü “Şamaxı” klubunda keçirən müdafiəçi, eyni zamanda U-21 milli komandasının heyətində 17 matçda forma geyinib və əsas milli komandaya dəvət alıb.