Nazir müavini: Gürcüstan sülhdə maraqlıdır və İrəvan-Bakı dialoqu üçün platforma təqdim edir

Nazir müavini: Gürcüstan sülhdə maraqlıdır və İrəvan-Bakı dialoqu üçün platforma təqdim edir
01.03.2024 14:26
Aa
dəq

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesinin inkişafında maraqlıdır və etibarlı qonşularına danışıqlar üçün öz platformasını təklif edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda bildirib.

Onun sözlərinə görə, Tiflis üçün regionda sülh vacibdir və gürcü tərəfi İrəvan və Bakının hər iki tərəfin xeyrinə olacaq razılığa gələcəyinə ümid edir.

Darsaliya qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda mövcud olan bəzi çətinlikləri görür, başa düşür və nəzərə alır. Bu məqsədlə Tiflis əvvəllər dinc mehriban qonşuluq təşəbbüsü irəli sürmüş və danışıqların aparılmasında hər iki ölkəyə dəstək təklif etmişdi.

“Bizə aydındır ki, bizim arenamıza kənar oyunçuların daxil olmasına imkan verməkdənsə, əməkdaşlığı davam etdirməliyik (Cənubi Qafqazın üç ölkəsini nəzərdə tuturuq)”, - deyə Darsaliya bildirib.

O vurğulayıb ki, regionda sülhə alternativ yoxdur, ona görə də Tiflis danışıqları və Cənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir.

Gürcüstan xarici işlər nazirinin müavini həmçinin xatırladıb ki, Tiflis Ankara və Bakı ilə ənənəvi strateji əlaqələrin inkişafında maraqlıdır.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu