Operativ Məlumat Mərkəzi

Nazir müavini: "Azərbaycana 2011-2021-ci illərdə 62 milyard manat pul qoyulub"

1 dəq
Paylaş:
Nazir müavini: "Azərbaycana 2011-2021-ci illərdə 62 milyard manat pul qoyulub"
bunu Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini...

2011-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 62,3 milyard manat investisiya qoyulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

"Azərbaycana böyük məbləğıi investisiyalar cəlb edilir. Bu, əlverişli biznes mühitinin nəticəsidir. Bir ölkədə əlverişli biznes mühiti mövcud deyilsə, həmin ölkəyə heç kim investisiya yatırmır. Ölkə prezidentinin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət , o cümlədən yaradılmış əlverişli biznes mühiti investorların diqqətini cəlb edir", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər