Əsas məzmuna keç

Nazir müavini: "2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar"

Nazir müavini: "2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar"

bunu energetika nazirinin müavini Kamal Abbasov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci...

2030-cu ilə qədər Azərbaycanın istehsalı gücündə bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu energetika nazirinin müavini Kamal və Serbiya arasında ticarət və iqtisadi üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.

O bildirib ki, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq hədəflənib: "Lakin enerji keçidinin hazırkı tempində bu pay 2027-ci ilə qədər 32,6 %-ə, 2030-cu ilə qədər isə 34,6 %-ə çata bilər".

Onun sözlərinə görə, hazırda Azərbaycan enerji şirkətləri ilə daxili istehlak üçün gücü 10 gigavata qədər olan "yaşıl enerji", növbəti onillikdə iqtisadiyyatın dekarbonizasiyası və ixrac layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir.

K. Abbasov əlavə edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə də işlər davam edir: "Bu istiqamətdə növbəti görüşün sentyabrda Buxarestdə keçirilməsi planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması 2024-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Düşünürük ki, baş ofisi Buxarestdə olacaq birgə müəssisə 2024-cü ilin sentyabrında yaradılacaq. Serbiyanın bu layihədə iştirakı layihənin inkişafı baxımından tərəflər üçün faydalı olacaq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…