Operativ Məlumat Mərkəzi

Nazir mavini: "Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik ediləcək"

1 dəq
Paylaş:
Nazir mavini: "Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik ediləcək"
bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib. Onun sözlərinə görə, mərkəz...

Hazırda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik layihəsi hazırlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" -ə xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, mərkəz Dövlət Gömrük Komitəsinin və idxalçıların dərman anbarlarının zəruri tələblərə cavab verib-verməməsinin monitorinqini aparacaq.

Nazir müavini həmçinin bildirib ki, dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi də qanunvericilikdə öz əksini tapmalıdır: “Hər dərman idxalı partiyasını da nazirliyin müvafiq qurumu müayinə edəcək. Eyni zamanda elektron təqib və elektron reseptlə də dərman vasitələrinə nəzarət sistemini təmin edə biləcəyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər