Operativ Məlumat Mərkəzi

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

1 dəq
Paylaş:
Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
Muxtar Respublika Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 23 iyul 2024-cü il tarixli Sərəncama əsasən Cavid Muxtar oğlu Kəngərli...

Cavid Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in yerli bürosu xəbər verir ki, Muxtar Respublika Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 23 iyul 2024-cü il tarixli Sərəncama əsasən Cavid Muxtar oğlu Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər