Naxçıvandan Bakıya 1 kq-dan artıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb

Naxçıvandan Bakıya 1 kq-dan artıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb
07.11.2023 14:09
Aa
dəq

İrandan tranzit keçməklə Naxçıvandan Bakıya gələn Azərbaycan vətəndaşlarından 1 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Komitənin Biləsuvar Gömrük İdarəsində İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda birlikdə sərnişin qismində səfər edən iki nəfər Azərbaycan vətəndaşının üzərində daxil olmuş əməliyyat məlumatı əsasında yoxlama aparılıb.

Yoxlama zamanı onların ayaqqabılarının hər iki tayının içərisində gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 975 qram psixotrop maddə - metamfetamin və 192,6 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla bir nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Həftənin ən çox oxunanları

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR
DAVAMIN OXU davamın oxu

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu