Operativ Məlumat Mərkəzi

Naxçıvanda yükdaşıma 2 % artıb

1 dəq
Paylaş:
Naxçıvanda yükdaşıma 2 % artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 487 min ton yük daşınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Bundan başqa, yanvanda Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % artaraq 2 milyon 767 min manat olub.

Son 1 ildə muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 0,8 % artaraq 101 milyon 220 min 300 manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,5 % artaraq 14 milyon 323 min 200 manat olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər