İyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 şəxs qida zəhərlənməsi diaqnozu ilə daxil olub. Xəstələrin vəziyyəti orta ağır, iki xəstənin vəziyyəti isə ağır idi. Doqquz xəstə azyaşlı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Nəzmin Allahverdiyeva deyib.
O qeyd edib ki, aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıblar.
***
Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.
Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi.