Operativ Məlumat Mərkəzi

"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi

1 dəq
Paylaş:
"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi
bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Abdulla oğlu...

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Abdulla oğlu Tahirli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub.

Digər sərəncamla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinin müvəqqəti icrası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Novruzova İlhamə Tofiq qızına həvalə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər