Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
26.12.2023 18:23
Aa
dəq

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edəcək.

Qurum, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Ali Məclisinə məlumat verəcək.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu