Operativ Məlumat Mərkəzi

Naxçıvan MR-in Hərbi Prokurorluğu AR Prokurorluğu sistemindən çıxarılıb

1 dəq
Paylaş:
Naxçıvan MR-in Hərbi Prokurorluğu AR Prokurorluğu sistemindən çıxarılıb
bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Prokurorluq haqqında” qanuna təsdiqlədiyi dəyişiklikdə əksini tapıb. Bununla yanaşı, Naxçıvan...

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Prokurorluq haqqında” qanuna təsdiqlədiyi dəyişiklikdə əksini tapıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında da müvafiq dəyişiklik edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər