Əsas məzmuna keç

Naxçıvan Konstitusiyasında dəyişikliklər təsdiqləndi - TAM SİYAHI

Naxçıvan Konstitusiyasında dəyişikliklər təsdiqləndi - TAM SİYAHI

Milli Məclis Naxçıvanda idarəetmə islahatlarını təsdiqlədi. Prezidentin səlahiyyətli nümayəndəliyi, Ali Məclisin buraxılması və mühüm yeniliklərin detalları burada.

en ru

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi ikinci səsvermədə qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, Naxçıvan MR-in Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı müddəa Muxtar Respublikanın Konstitusiyasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilən yeni maddəyə görə, Naxçıvan MR-də Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılır. Bu nümayəndəlik Prezidentin müəyyən etdiyi vəzifələri icra edən orqan olacaq və ona rəhbərliyi Prezident tərəfindən təyin edilən, birbaşa Prezidentə tabe olan səlahiyyətli nümayəndə həyata keçirəcək.

paketində Naxçıvan MR Ali Məclisinin buraxılması mexanizmi də yer alıb. Belə ki, 31 deputatın tələbi ilə və ya Ali Məclisin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini icra edə bilmədiyi hallarda Ali Məclisi buraxa biləcək.

Eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” anlayışı Konstitusiyadan çıxarılır. Bundan sonra Ali Məclisə seçkilər Naxçıvan MR Ali Məclisi sədrinin təklifləri əsasında tərəfindən təyin ediləcək.

Naxçıvan şəhərinin bəzi ərazilərində suyun verilməsi müvəqqəti dayandırılacaq - AZƏRTAC

Qanun layihəsində həmçinin aşağıdakı dəyişikliklər də nəzərdə tutulur:

  • Azərbaycan Prezidentinin və ya Milli Məclisin təklifi ilə Ali Məclisin qapalı iclasının keçirilməsi mümkün olacaq;
  • Ali Məclisə seçkilər və deputatların statusu ilə bağlı qanunlar 31 səs çoxluğu, digər qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək;
  • Ali Məclisin sədri üçün 5 il Naxçıvanda daimi yaşamaq tələbi ləğv edilir;
  • Yerlı icra hakimiyyəti başçıları Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək;
  • Naxçıvan MR artıq Ali Məclisə tabe olmayacaq və fəaliyyət qaydasını Prezidentlə razılaşdırmaqla müəyyən edəcək.

Qanun layihəsi Naxçıvan Muxtar Respublikasında idarəetmə mexanizmlərinin mərkəzi icra hakimiyyəti ilə daha sıx əlaqələndirilməsini nəzərdə tutur.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…