Operativ Məlumat Mərkəzi

NATO üzvləri Kiyevə 40 milyard avro yardım ayırmağa razılaşıblar

1 dəq
Paylaş:
NATO üzvləri Kiyevə 40 milyard avro yardım ayırmağa razılaşıblar
bu barədə Qərbi Avropa diplomatına istinadən "Reuters" agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv...

Şimali Atlantika Alyansı (NATO) ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardımı maliyyələşdirməyə razılaşıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qərbi Avropa diplomatına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv dövlətləri Rusiyanın xüsusi hərbi əməliyyatına başladıqdan sonra Ukraynaya göstərdikləri həcmdə hərbi yardımı davam etdirməyə çağırıb.

Məqalədə bildirilir ki, bundan əvvəl blok üzvləri Kiyevə ildə düz 40 milyard avro ayırırdılar. NATO liderlərinin gələn həftə Vaşinqtonda yeni yardım paketi ilə bağlı öhdəlik imzalayacağı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər