Belarusun müdafiə naziri Viktor Xrenin xəbərdarlıq edib ki, Şərqi Avropada geosiyasi vəziyyətin gərginləşməsi açıq silahlı münaqişələrə və nüvə silahından istifadəyə gətirib çıxara bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "RİA Novosti" yayıb.
İyulun 3-də hərbi idarənin rəisi Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib.
Onun sözlərinə görə, hazırda Şərqi Avropada “münaqişə mərhələsinə keçmək üçün ilkin şərtləri ehtiva edən” böhranlı vəziyyət mövcuddur.
"Qərb dövlətlərinin koalisiyası qəsdən münasibətləri korlamaq yolu ilə gedir və Birlik dövlətlərinə qarşı getdikcə daha çox aqressiv ritorika irəli sürür", - Xrenin vurğulayıb.
Bununla əlaqədar olaraq o əlavə edib ki, Şərqi Avropada “regional təhlükəsizlik arxitekturasının parçalanması” başlayıb və hərbi sahədə yeni təhlükələr yaranıb.
Nazirin sözlərinə görə, bütün bunlar kütləvi qırğın silahlarının tətbiq olunduğu silahlı münaqişənin başlanmasına səbəb ola bilər.