Operativ Məlumat Mərkəzi

NATO Kosovaya əlavə hərbçi göndərib

1 dəq
Paylaş:
NATO Kosovaya əlavə hərbçi göndərib
bu barədə NATO rəsmi açıqlama yayıb. Qeyd edilib ki, qüvvələr NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının tələbi əsasında hazırlanıb və...

NATO Kosovadakı Sülh Qüvvələrinə 130-dan çox əlavə əsgər göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO rəsmi açıqlama yayıb.

Qeyd edilib ki, qüvvələr NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının tələbi əsasında hazırlanıb və Şimali Atlantika Şurasındakı müttəfiqlər tərəfindən təsdiqlənib.

Xatırladaq ki, NATO Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, 1999-cu ildən Kosovoda sülhməramlı əməliyyata rəhbərlik edir. Kosovodakı Sülh Qüvvələri hazırda 27 NATO müttəfiqi və tərəfdaşının töhfələri ilə 4500-dən çox əsgərdən ibarətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər