Operativ Məlumat Mərkəzi

NATO hərbi təlimlər keçirir

2 dəq
Paylaş:
NATO hərbi təlimlər keçirir

NATO qüvvələri Norveç sahillərində Soyuq Müharibədən sonra ən böyük hərbi təlimlərini keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təlimlərə 13 ölkədən 90 mindən çox hərbçi qatılıb.

Təlim iştirakçıları arasında, eyni zamanda, NATO-nun yeni üzvləri Finlandiya və İsveçin də əsgərləri var.

Ekspertlər təlimlərin Rusiyaya qarşı güc nümayişi olduğunu, Rusiyanın nüvə təhdidi fonunda xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Hərbi komandanlıq 50-dən çox sualtı qayıq, friqatlar, korvetlər, aviadaşıyıcılar və müxtəlif amfibiya gəmilər, 100-dən çox qırıcı, kəşfiyyat helikopterləri səfərbər edib.

Təlimlərin 2 həftə ərzində davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, NATO-ya sonuncu qoşulan İsveçin gələn həftənin əvvəlində Belçikanın paytaxt Brüsseldə - NATO baş qərargahı qarşısında bayrağı qaldırılacaq. İsveç və Finlandiya Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başladıqdan sonra NATO-ya üzv olmaq barədə qəbul ediblər. Rusiya rəhbərliyi İsveçin bu addımına qarşı siyasi və hərbi tədbirlər görəcəklərini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər