Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Almaniya əhalisi 2020-ci ildən bəri ilk dəfə azalıb

2 dəq
Paylaş:
Almaniya əhalisi 2020-ci ildən bəri ilk dəfə azalıb

Federal Statistika Ofisi ("Destatis") 2025-ci il üzrə ilkin göstəriciləri ictimaiyyətə təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən il ölkə əhalisi 100 min nəfər 83,5 milyon nəfər təşkil edib.

Bu, 2020-ci ildən bəri Almaniya əhalisinin sayında qeydə alınan ilk geriləmədir.

Müqayisə üçün qeyd edək ki, 2023 və 2024-cü illərdə xalis miqrasiya hesabına ölkə əhalisi müvafiq olaraq 340 min və 100 min nəfər artmışdı. Lakin 2025-ci ildə və ölüm arasındakı fərqin böyüməsi, eyni zamanda miqrasiya axınının azalması bu artım tendensiyasını mənfiyə doğru dəyişib.

  • Ötən il Almaniyada 640-670 min arası doğum, 1 milyondan çox ölüm hadisəsi baş verib.
  • Doğum kəsiri (ölümlərin doğumlardan çox olması) 340-360 min nəfər aralığında hesablanıb.
  • Xalis miqrasiya 2024-cü illə müqayisədə 40 faiz azalaraq təxminən 220-260 min nəfər səviyyəsinə düşüb.

Ekspertlərin fikrincə, Almaniya iqtisadiyyatı ciddi demoqrafik böhranla üz-üzədir. Xüsusilə "baby boomers" nəslinin təqaüdə çıxması və əhalinin qocalması əmək bazarında ixtisaslı kadr çatışmazlığını kəskinləşdirir. Hökumətin miqrasiya islahatları və vətəndaşlığa qəbulu asanlaşdırmaq cəhdləri ölkədə hələ də ən çox müzakirə edilən siyasi mövzulardan biri olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax