Sovet İttifaqının kosmik missiyalarında indiyədək 21 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) bildirib.
Seattledakı Vaşinqton Universiteti Aviasiya və Kosmos Elmləri professoru Jim Hermanson, 3 NASA və 2 Sovet İttifaqı kosmos missiyası da daxil olmaqla 5 missiyada ölümlərin olduğunu qeyd edərək, "Qəzalar tez-tez avadanlıq səhvi, insan səhvi, siyasət və kosmosdan qaynaqlanan fövqəladə vəziyyətlər nəticəsində baş verir", - deyə bəyanat verib.
Xatırladaq ki, NASA-nın kosmosa göndərdiyi uçuşlar zamanı iki ölümlə nəticələnən qəza baş verib və ilk qəza 1986-cı ilin yanvarında “Space Shuttle Challenger”in havaya qalxmasından 73 saniyə sonra havada partlaması nəticəsində baş verib.