Operativ Məlumat Mərkəzi

NASA Günəş fırtınalarına qarşı süni intellekt istifadə edəcək

1 dəq
Paylaş:
NASA Günəş fırtınalarına qarşı süni intellekt istifadə edəcək
NASA bu problemin qarşısını almaq üçün yeni üsula əl atacaq. Belə ki, NASA planetimizə təsir edən günəş fırtınalarına qarşı tədbir görmək üçün DAGGER...

Günəşdə baş verən partlayışlar milyardlarla meqaton gücündədir və partlayışlar nəticəsində radiasiya hissəcikləri Yer atmosferinə daxil olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, NASA bu problemin qarşısını almaq üçün yeni üsula əl atacaq.

Belə ki, NASA planetimizə təsir edən günəş fırtınalarına qarşı tədbir görmək üçün DAGGER (Deep Learning Geomagnetic Perturbation) adlı süni intellekt modelindən istifadə edəcək.

NASA tərəfindən hazırlanan yeni model 30 dəqiqə əvvəldən fırtınaların ən çox təsir edəcəyi yeri təxmin etmək üçün süni intellektdən istifadə edəcək. Bu da öz növbəsində belə hadisələrə qarşı hazır olmaq, elektrik şəbəkələrinə və digər kritik infrastrukturlara ciddi təsirlərin qarşısını almaq üçün kifayət qədər vaxt təmin edə biləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər