Narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs həbs olunub

Narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs həbs olunub
15.11.2023 20:00
Aa
dəq

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ - 2121” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayonun Şorsulu kənd sakini Emin Aslanovun avtomobili sürücü hüququ olmadan idarə etdiyi məlum olub. Bundan əlavə, onun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından, sonuncunun müvafiq tibbi müayinədən keçirilməsi də təmin edilib. Müayinənin nəticəsinə əsasən, E.Aslanovun marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Həftənin ən çox oxunanları

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR
DAVAMIN OXU davamın oxu

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu