Narkokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb

Narkokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb
02.03.2023 09:18
Aa
dəq

Cəlilabadda keçirilən əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

 "Operativ Məlumat Mərkəzi-OMM"  DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Nəsib Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 2 kiloqram 800 qram heroin, 5 kiloqrama yaxın həşiş qətranı və 4 kiloqram 265 qram marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi əsasında müxtəlif yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Digər əməliyyat zamanı isə Sumqayıt şəhər sakinləri Rəsul Mədətov, Salman Cəfərov və Rusif Talıbov Cəlilabad şəhəri ərazisində sonuncunun idarə etiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 1 kiloqram 400 qram heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu