"Napoli" yay transfer pəncərəsi zamanı gürcü cinah oyunçusu Xviça Kvaratsxeliyanı satmayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Il Mattino" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Napoli" prezidenti Aurelio De Laurentis klubun yayda 11,5 milyon avroya aldığı 22 yaşlı gürcü üçün bütün təklifləri rədd edəcək.
Eyni zamanda, hücumçu Viktor Osimhen və müdafiəçi Kim Min Jenin də satıla biləcəyi istisna edilmir.