Belqorod və Belqorod rayonu üzərində hava hücumundan müdafiə sistemi işə salınıb, düşmən raketləri zərərsizləşdirilib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, hücum nəticəsində ilkin məlumata əsasən xəsarət alan olmayıb. O bildirib ki, hazırda hadisənin nəticələri ilə bağlı dəqiq məlumat mövcud deyil.
Belqorod səması üzərində ən azı beş ədəd Amerika istehsalı olan HIMARS raketi vurulub.
Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir.