Operativ Məlumat Mərkəzi

Muxtar Babayev Britaniya səfiri ilə COP29-a hazırlıq məsələlərini müzakirə edib

1 dəq
Paylaş:
Muxtar Babayev Britaniya səfiri ilə COP29-a hazırlıq məsələlərini müzakirə edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə ekologiya və...

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər