Operativ Məlumat Mərkəzi

Mütəxəssislər təyyarə qəzası ilə bağlı oxunmuş məlumatları Astanaya gətirəcəklər

1 dəq
Paylaş:
Mütəxəssislər təyyarə qəzası ilə bağlı oxunmuş məlumatları Astanaya gətirəcəklər
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan mütəxəssislər oxunmuş məlumatlarla yaxın günlərdə...

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan mütəxəssislər oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər