Operativ Məlumat Mərkəzi

Murad Musayevin cəzası açıqlandı

1 dəq
Paylaş:
Murad Musayevin cəzası açıqlandı

“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, AFFA İntizam Komitəsi rusiyalı mütəxəssisi 2 oyunluq cəzalandırıb.

Musayev Premyer Liqanın 23-cü turunun “Turan Tovuz”la matçda texniki zona qaydalarını pozaraq hakimə etiraz etməsi olub. Komandasının 0:2 hesabı ilə uduzduğu matçda mütəxəssisin qırmızı vərəqə alması “Sabah”ı 1600 manat ziyana salıb.

“Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılması səbəbindən bakılılar daha 1600 manat cərimələniblər.

“Turan Tovuz” isə 4 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəməli olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər