Əsas məzmuna keç

Münxendə Prezident İlham Əliyev ilə “Indra” şirkətinin prezidentinin görüşü olub - YENİLƏNİB

Münxendə Prezident İlham Əliyev ilə “Indra” şirkətinin prezidentinin görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Murtranın görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.

Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olundu.

***

İlham Əliyev ilə “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin məlumat yayıb.

Bildirilib ki, görüş fevralın 17-də Münxendə qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…